Oxuduğum kitaba
Bir köhnə nağıl var çox eşitmişəm
Yurdumun yolunda axin var imiş.
Qarabağın səs müzeyi nağılı,
Mən uzaq bilirdim yaxında imiş.
Harda məkan tutub qiyam edəcək?
Daim səmalarda tənha dolaşan
Lələyi qızıl durna.
Anlar
Bu mənim şəkil albomum,
əks olunub həyatımın anları.
Əks olunub uşaqlığım,gəncliyim.
Qalıb orda rahatlığım,dincliyim
Körpəlikdə şəklim yox,
Yada da düşməyib heç.
Ilk şəklim çəkilıb gec,düz ikinci
sinifdə.
Yazmadığım məktublar
Yazmadığım məktublar zəbt edib
ürəyimi.
Nə deməyə dilim yox,nə yazmağa
əllərim.
Məktublar əkmədiyim güllərim kimi
solğun,
xəyalım yol qırağında yolğun,
gozlərim həsrətdən yorğun.
Ürəyim inləyir sitəmdən ,
Xəyalımın mənzərsi
Göy üzü ağlamamış buludla dolu,
Hardasa əsməmiş külək yatır.
Batmamış gəmilər tufana can atır.
Və hər şey bircə anda baş verir.
Bircə anda...
Buludlar ağlamağa,
Külək əsməyə başlayır.
Tufan gəmini qərq edir.
Bir an əvvəl yerində idi
İstək

Asılıb göy yaxasından
Bulud olmaq istəyirəm.
Hərdən bu yerdən bezirəm,
Göyün olmaq istəyirəm.
Yer mənə qanad vermədi ,
göydə qanadlı olaram.
Küləklər məni aparar,
dönüb ağ atlı olaram.
Qayıdanda yer üzünə
yağış kimi qayıdaram .
Alovlanan ürəkləri yağışımla
soyudaram.
Sevgimin dəfni
Sənə olan sevgimi həmişəlik
dəfn elədim ürək adlı sərdabəmdə.
Üstündə çiçəklər əkdim,
göz yaşıyla suladım.O çiçəklər göyərmədi,
mənim olmüş məhəbbətimə yas tutdular.
Bu sevgi mənə nə verdi dözümdən başqa
O qəbrin üstə heç kim gəlmədi özümdən başqa.
Və heç bir vaxt gəlməyəcək.
Xalı toxuyan qız
Bir qız xəyalında toxuyur xalı,
Toxuyub evinə sərəcək onu.
Təzəcə yetişmiş meyvədi o qız,
Bilinmir kim gəlib dərəcək onu.
Hələ xəyalların ağuşundadır,
Hələ gozlərində gülüş gizlənir.
Dünya güzgü boyda görünür ona,
Güzgünün önündə hey güzgülənir.
Deyəsən bu qızın
böyüyüb,ana.
Günəbaxan

O qədər günəşə boylanıb baxdım,
dedilər ki,bu qız goyə baxandı.
Arzu qanadımı kül etdi günəş,
axı yandırandı ,axı yaxandı.
Aldanıb çox şeyi günəş zənn etdim,
can atıb mən ona çatmaq istədim.
Çatanda gördüm ki, günəbaxandı.
Adım
Çiçək adı veriblər
dünyaya gələn zaman.
Guya ğözəl olmuşam yanağından
qan daman. Amma düşünməyiblər
çiçək ömrü az olar,çəmənlərdə
bitsə də sonra əllərdə solar.
Sevinərək adıma ürəyim aldanırmış
Güya ki, mənim adım
Şipşirin bal dadırmış.
Payız lövhəsi

Bir qara bulud gəlib başım
üstə ilişər.
Payız bitər yolumda,duman
yolu bağlayar. Yağar
şıdırğı yağış,
gzlədib göz yaşımı,
dayanaram yağışda .Yağış
yusun üzümü, deməsinlər
ağlayır.
Blog Haqqında

Axtarış
Arxivlər
Qabaqki yazılar
- Ağlama,xarı bülbül
- Nazim Hikmət və mən
- Ürəyimdə qalan sözlər
- Təzədən yaşamaq
- Anam
- Bir qırıq sevgi
- Elədim
- İstəməz
- Bişməyən söz
- Qara pişik
Keçidlər
- Qeşem Necefzadenin şeirleri (35)
- Kemale Nesrinin şeirleri (27)
- Sevinc Arzulunun şeirleri (30)
- Nurane Nurun şeirleri (30)
- Ədəbiyyat xəbərləri (12)
Dost bloglar
- QEŞEM NECEFZADE ŞİİRLER TÜRKİYE TÜRKÇESİ
- ƏDƏBİYYAT XƏBƏRLƏRİ
- gözəl qoşaçay
- cənubdan şeirlər
- Sevinc Arzulunun şeirleri
- Nurane Nurun şeirleri
- KEMALE NESRİNİN ŞEİRLERİ
Açar sözlər
Sayqaç
İndi blogda: 6
Keçən ayın hiti: 1501
Dünənki hit: 56
Bugünki hit: 91
Ümumi hit: 3492
Müxtəlif






