Yazmadığım məktublar
Yazmadığım məktublar zəbt edib
ürəyimi.
Nə deməyə dilim yox,nə yazmağa
əllərim.
Məktublar əkmədiyim güllərim kimi
solğun,
xəyalım yol qırağında yolğun,
gozlərim həsrətdən yorğun.
Ürəyim inləyir sitəmdən ,
ürəyim poçt qutusu, asılıb sinəmdən.
O bir dərd xəzinəsi,hey hayda haraydadı,
sinəmdə yer çatışmır,elə bil dağ boydadı.
Səbr edib yaşayıram həsrətin
acığına,
bulaşsa da üst-başım kədərin
palçığına.
Sözlə dolu ürəyim,
hey alışıb,hey yanar
kozlə dolu ürəyim.
Qorxuram bu gedişlə gedə
həsrət badına, məktublarım da yana
ürəyimin oduna.
Blog Haqqında

Axtarış
Arxivlər
Qabaqki yazılar
- Kəpənək ömrü
- Ağlama,xarı bülbül
- Nazim Hikmət və mən
- Ürəyimdə qalan sözlər
- Təzədən yaşamaq
- Anam
- Bir qırıq sevgi
- Elədim
- İstəməz
- Bişməyən söz
Keçidlər
- Qeşem Necefzadenin şeirleri (35)
- Kemale Nesrinin şeirleri (27)
- Sevinc Arzulunun şeirleri (31)
- Nurane Nurun şeirleri (30)
- Ədəbiyyat xəbərləri (14)
Dost bloglar
- QEŞEM NECEFZADE ŞİİRLER TÜRKİYE TÜRKÇESİ
- ƏDƏBİYYAT XƏBƏRLƏRİ
- gözəl qoşaçay
- Sevinc Arzulunun şeirleri
- Nurane Nurun şeirleri
- KEMALE NESRİNİN ŞEİRLERİ
Açar sözlər
Sayqaç
İndi blogda: 1
Keçən ayın hiti: 1501
Dünənki hit: 108
Bugünki hit: 61
Ümumi hit: 3570
Müxtəlif



Salam Reyhan.Sənin şerlərini oxuyanda xoşuma gələn fikirlər çox oldu çünki yeni fikirlərdir məsələn Yazmadığım məktublar zəbt edib
ürəyimi. əla tapıntıdır və yaxud ürəyim poçt qutusu.Amma burda sən poçt qutusutək demə elə ürəyim poçt qutusudur de onda daha gözəl çıxır.Təbrik edirəm
Sentyabr 1, 2008 13:39