Xalı toxuyan qız
Bir qız xəyalında toxuyur xalı,
Toxuyub evinə sərəcək onu.
Təzəcə yetişmiş meyvədi o qız,
Bilinmir kim gəlib dərəcək onu.
Hələ xəyalların ağuşundadır,
Hələ gozlərində gülüş gizlənir.
Dünya güzgü boyda görünür ona,
Güzgünün önündə hey güzgülənir.
Deyəsən bu qızın
böyüyüb,ana.
Günəşi sıxaraq ovüclarına,
gteyinir əyninə ay işığını.
Yığır ulduzları baxışlarına,
gözləyir göylərdən gül yağışını.
Hələ “naxışlardan”xəbəri yoxdur,
Durub hanasını qura da bilmir.
Neyləsin bu qızın günahı yoxdur,
xəyal qanadını qura da bilmir.
Hələ kələfləri dolaşıq düşüb,
Hanadan asmağa yumağı yoxdur.
“Vağzalı”çalınır gəlin köçəcək,
Üzünə salmağa duvağı yoxdur.
O,elə bilir ki, xəyallarında,
qaldırar yerindən tərpənməz dağı.
Xəyalında xalı toxuyan ğözəl,
hələ öyrənməyib ilmə vurmağı.
Blog Haqqında

Axtarış
Arxivlər
Qabaqki yazılar
- Ağlama,xarı bülbül
- Nazim Hikmət və mən
- Ürəyimdə qalan sözlər
- Təzədən yaşamaq
- Anam
- Bir qırıq sevgi
- Elədim
- İstəməz
- Bişməyən söz
- Qara pişik
Keçidlər
- Qeşem Necefzadenin şeirleri (35)
- Kemale Nesrinin şeirleri (27)
- Sevinc Arzulunun şeirleri (30)
- Nurane Nurun şeirleri (30)
- Ədəbiyyat xəbərləri (12)
Dost bloglar
- QEŞEM NECEFZADE ŞİİRLER TÜRKİYE TÜRKÇESİ
- ƏDƏBİYYAT XƏBƏRLƏRİ
- gözəl qoşaçay
- cənubdan şeirlər
- Sevinc Arzulunun şeirleri
- Nurane Nurun şeirleri
- KEMALE NESRİNİN ŞEİRLERİ
Açar sözlər
Sayqaç
İndi blogda: 2
Keçən ayın hiti: 1501
Dünənki hit: 56
Bugünki hit: 86
Ümumi hit: 3487
Müxtəlif

