Reklam verin!

İstək

 

 

Asılıb göy yaxasından
Bulud olmaq istəyirəm.
Hərdən bu yerdən bezirəm,
Göyün olmaq istəyirəm.
Yer mənə qanad vermədi ,
göydə qanadlı olaram.
Küləklər məni aparar,
dönüb ağ atlı olaram.
Qayıdanda yer üzünə
yağış kimi qayıdaram .
Alovlanan ürəkləri yağışımla
soyudaram.

Hey əsdikcə dəli rüzgar,
axaram axın olaram,
deyirəm bəlkə beləcə
Allaha yaxın olaram.
Görən hansı ürəkdir
yerim orda boş qalar.
Mən buluda dönərəm, o isə
çaş-baş qalar.
Məni gormək istəsə boylanıb
göyə baxar, göydə ağ-ağ buludlar
Axar,axar,hey axar.
İnsantək dünyanı tərk edən
zaman,göydə bulud kimi
kəşf edin məni.
Sizdən umacağım budur,insanlar,
O ağ buludlarda dəfn edin məni



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha