Anlar
Bu mənim şəkil albomum,
əks olunub həyatımın anları.
Əks olunub uşaqlığım,gəncliyim.
Qalıb orda rahatlığım,dincliyim
Körpəlikdə şəklim yox,
Yada da düşməyib heç.
Ilk şəklim çəkilıb gec,düz ikinci
sinifdə.
Düzüm-düzüm oturmuşuq sırada,
Müəllim də əyləşibdir arada.
Günəşin şüasından gözüm qıyılıb,
əllərim əsgərtək dizim üstə qoyulub
və iki ildir ki,atamı itirmişəm.
Şəkildə bilinmir atasızlığım.
Geyimim yerində,ətraf da ki, yaz,
Təkcə boynum əyilib bir az.
Bu da üçüncü sinif.
Fotoqraf gəlib yenə.
Sevinirik,təzə nə var geyirik
bacımla tez qaçırıq məktəbə.
Tələsdiyimdən,ya nədən ayaqqabilarımı
dəyişməyi unuduram.Heç kim
demir bunu. Və şəkildə gizlətməyə
çalışıram ayaqqabilarımın cırılmış
burnunu.
Böyüyürəm beləcə,böyüyür şəkillərim.
Hər şəkildə böyüyür sevincimlə
birgə gözlərimdəki kədərim.
Şəkildə əks olunur həyatın bircə anı.
Həyat lövhələrinin bəlkə də yoxdur sanı.
Ah o şirin anlarım indi hardadır,hanı.
Blog Haqqında

Axtarış
Arxivlər
Qabaqki yazılar
- Ağlama,xarı bülbül
- Nazim Hikmət və mən
- Ürəyimdə qalan sözlər
- Təzədən yaşamaq
- Anam
- Bir qırıq sevgi
- Elədim
- İstəməz
- Bişməyən söz
- Qara pişik
Keçidlər
- Qeşem Necefzadenin şeirleri (35)
- Kemale Nesrinin şeirleri (27)
- Sevinc Arzulunun şeirleri (30)
- Nurane Nurun şeirleri (30)
- Ədəbiyyat xəbərləri (12)
Dost bloglar
- QEŞEM NECEFZADE ŞİİRLER TÜRKİYE TÜRKÇESİ
- ƏDƏBİYYAT XƏBƏRLƏRİ
- gözəl qoşaçay
- cənubdan şeirlər
- Sevinc Arzulunun şeirleri
- Nurane Nurun şeirleri
- KEMALE NESRİNİN ŞEİRLERİ
Açar sözlər
Sayqaç
İndi blogda: 7
Keçən ayın hiti: 1501
Dünənki hit: 56
Bugünki hit: 92
Ümumi hit: 3493
Müxtəlif


