Reklam verin!
Yuma Ailə Jurnalı

Adım

 

 

Çiçək adı veriblər
dünyaya gələn zaman.
Guya ğözəl olmuşam yanağından
qan daman. Amma düşünməyiblər
çiçək ömrü az olar,çəmənlərdə
bitsə də sonra əllərdə solar.
Sevinərək adıma ürəyim aldanırmış
Güya ki, mənim adım
Şipşirin bal dadırmış.


Çiçək-çiçək yaşadım,
Çiçək-çiçək böyüdüm.
Çiçəyinə çevrildim həyətdəki
Söyüdün. Qulaqda sırğa etdim
Anamın hər öyüdün.
Çiçəklə dolu olan donlarım
harda qalıb, o çiçək uşaqlığım
hansı baharda qalıb?
İndi ötən illərin quruca bir
səsiyəm. Çiçək nədir,ay allah,
mən dərd süpürgəsiyəm



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha