Reklam verin!
Azərbaycan dilində ən çox ziyaratçısı olan sayta sizin dəstəyiniz lazimdir!

Yazacağam günəşdən

Bu gün şeir yazacağam

günəşdən.

Çünki gülümsəyir mənə göylərdən.

Bu gün şeir yazacağam küləkdən

sərinlədir məni hərdən.

Şeir yazacğam buludlardan

Davamı...

Divardakı tablo

Divardan asılan tablo

Hər şeyə yuxarıdan baxır.

Tabloda mənzərə.

Mənzərədə güllü,çiçəkli çəmən.

Şırıl-şırıl axan çay.

göydə yumurlanan ay.

Davamı...

Küsgün ev

Söyləyin,o evi niyə sökdünüz?

O evdə həsrətin od,közü vardı.

O kiçik,balaca,

kürsülü evin,

məndən üzü dönən

küsülü evin,

mənə söyləməyə çox sözü vardı.

Davamı...

Dənizin arzusu

Kaş soruşa biləydim mən,

nədir görən onun dərdi?

Dəniz dönüb insan olsa

bu dünyadan nə istərdi?

Davamı...

Sonu faciəylə bitən kitablar.

                                             Sonu yaxşılıqla bitən kitablar yollayın bana.

                                                                                               N.Hikmət

Sonu faciəylə bitən kitablar

verməyin mənə.

Dəyişə bilərəm sonluğunu mən.

heç vaxt qələbəsi olmaz o şərin,

qəlbində nifrəti qalmaz bəşərin.

Davamı...

Uzaqlıq

Uzaqdan başqa cür görünür

hər şey,yaxından başqa.

Günəş şüasında parlayan şüşə

nə qədər aldadıcıdır.

 Qızıl olmur axı hər parıldayan.

 

Davamı...

Məmmədhəsən əminin arzusu

Haqsızlığa qurban gedib

neçə-neçə bəxtikəm.

Yeyib onun həyatını

neçə qüssə,neçə qəm.

Arzuları ürəyində,

gözlərində daim nəm.

Kim bölübdür insanları

iki yerə beləcə?

    

Davamı...

Son zəng

Gənclik ki,var ömrün

 erkən səhəridir.

Yaşa onu sən mənalı,

Gəl yaşama müəmmamlı.

Çünki gənclik qocalığa

gedən yolun çox qısa

bir səfəridir.

Davamı...

Mənə ağrımayan bir ürək verin

Elə bil bərkiyib,daşdı ürəyim,

Duyğudan qaynayıb daşdı ürəyim.

Ağrıdan inləyib çaşdı ürəyim,

Mənə ağrımayan bir ürək verin. 

Davamı...

Şair həqiqəti

            

Şair həqiqəti

(Reyhan Kənanın şeir kitabına ön söz) 

“Azərbaycan” jurnalında şeirə baxıram. Demək olar ki, hər gün redaksiyanın qapısını 10-15 gənc müəllif döyür. Qədəmləri uğurlu olsun. Amma onların içində əsl şairi seçmək çətindir. Ola bilsin ki, təsadüf nəticəsində kimsə təriflənir, zirəkliyi ucundan irəli çəkilir, amma bəzən əsl şair bir müddət kol dibində boynu bükük bənövşə kimi qalır. Nədənsə mən həmişə susanları dinləyirəm. Belə susanlardan biri də istedadlı şairə Reyhan Kənandır. Sakit təbiətli bu qadin şairə heç zaman “Mən” demir, həmişə şeirlərinə məğlub olur. Şeirləri ona qalib gəlir. Şair şeirindən qüvvətli, güclü görünürsə onda şeir ölür.

Davamı...


  Yazılar cəmi: 99    Sonrakı səhifə »